ABŞ-da benzinin qiyməti bir qallon üçün 4 dolları keçib

12:24 - 31.03.2026


31 mart, Fineko/abc.az. ABŞ sürücüləri yenidən benzinin bir qalonuna $4-dan çox pul ödəyirlər. Bu göstərici 2022-ci ilin ortasından bəri müşahidə edilməmişdi.

ABC.AZ xəbər verir ki, yanacaqdoldurma məntəqələrinin qiymətlərini hər gün izləyən GasBuddy xidmətinin məlumatına görə, Ştatların şərq sahili üzrə bazar günü axşamına Regular markalı yanacağın orta qiyməti $4,001 təşkil edib (standart qalon — 3,79 l).

Ən yüksək qiymətlər Kaliforniyada müşahidə olunur: orada yanacaq doldurmaq $5,86/qalon başa gəlir. Yaxın Şərqdə hərbi konflikt başladıqdan sonra benzinin orta qiyməti qalon üçün $1 artıb. Dizel yanacağı isə $1,5 bahalaşıb: qiyməti $3,75-dən $5,4-a qalxıb.

ABŞ tarixində benzinin orta qiymətinin rekord göstəricisi 2022-ci ilin iyununda qeydə alınıb, o zaman qalon $5-dən baha olub.