09:57 - 31.03.2026
31 mart, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən ticarət əməliyyatları zamanı etalon markaların qiymətləri aşağı düşür.
Saat 09:50-yə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" neftinin may fyuçersi 0,40 dollar (0,35%) ucuzlaşaraq bir barreli üçün 112,38 dollar təşkil edib. Martın 30-da keçirilən ticarət əməliyyatlarının yekununda "Brent"in may fyuçersi 0,21 dollar (0,19%) bahalaşaraq bir barreli 112,78 dollara çatmışdı. May fyuçerslərinin dövriyyə müddəti çərşənbə axşamı başa çatır.
Daha aktiv ticarət olunan iyun müqavilələri üzrə "Brent"in qiyməti həmin vaxta qədər 0,44 dollar (0,41%) azalaraq bir barreli 106,95 dollara düşüb. Martın 30-da iyun müqaviləsinin qiyməti 2,07 dollar (1,97%) artaraq 107,39 dollar təşkil etmişdi.
Saat 09:50-yə olan məlumata görə, "NYMEX" birjasında "WTI" neftinin may fyuçersi 0,31 dollar (0,30%) ucuzlaşaraq bir barreli 102,57 dollara bərabər olub. Martın 30-da keçirilən ticarət əməliyyatlarının yekununda "WTI"nin may fyuçersi 3,24 dollar (3,25%) bahalaşaraq bir barreli 102,88 dollar təşkil etmişdi.
Yaxın Şərqdəki münaqişə fonunda "Brent" nefti mart ayını rekord artımla başa vurur; ayın əvvəlindən bəri o, 55% bahalaşıb. "WTI" markalı neftin qiyməti isə mart ayında 54% artıb.

1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026