15:51 - 19.03.2026
19 mart, Fineko/abc.az. Treyderlərin məlumatına görə, Asiyanın neft emalı şirkətləri Yaxın Şərqdəki müharibənin ənənəvi sistemi pozmasından sonra Səudiyyə Ərəbistanına müraciət edərək, satın aldıqları neftin qiymətqoyma sistemini dəyişməyi xahiş ediblər.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg yazır. Məlumata görə, Səudiyyə neftinin ən iri alıcıları qiymətin Dubay və Oman bençmarklarının birləşməsindən deyil, qitələrarası birjada Brent markalı neft fyuçersləri ilə müəyyənləşdirilməsini istəyirlər.
Bununla belə, treyderlər bildirirlər ki, "Saudi Aramco" ilə danışıqlar hələ də davam edir və uğursuzluqla nəticələnə bilər.
3 Avqust 2026