16:25 - 10.03.2026
10 mart, Fineko/abc.az. Hindistanın restoran və otelləri, Yaxın Şərqdəki münaqişə səbəbindən dünya bazarında neftin qiymətlərinin artması ilə əlaqədar olaraq, mayeləşdirilmiş neft qazının (LPG) kəskin çatışmazlığı ilə üzləşib.
ABC.AZ xəbər verir ki, bu barədə The Hindustan Times yazır. Benqaluru və Çennay şəhərlərində kommersiya balonlarının tədarükü demək olar ki, dayanıb və nəticədə bəzi restoranların bağlanması qaçılmaz ola bilər.
Hindistan hökuməti daxili istehlak üçün LPG istehsalını artırmaqla fasiləsiz tədarükün təmin olunması məqsədilə tədbirlər görüb. Ölkə ildə təxminən 31,3 mln ton qaz istehlak edir, bunun 87%-i məişət ehtiyaclarına, qalan hissəsi isə kommersiya müəssisələrinə yönəlir.
3 Avqust 2026
3 Avqust 2026
1 Avqust 2026