10:50 - 3.03.2026
3 mart, Fineko/abc.az. ABŞ İrana qarşı Amerika-İsrail əməliyyatının başlanmasından sonra dünya neft qiymətlərinin artımını cilovlamaq üçün tədbirlər paketi hazırlayıb.
ABC.AZ xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Onun sözlərinə görə, proqramın icrasına martın 3-dən başlanılacaq. Plan energetika naziri Krostofer Rayt və maliyyə naziri Skott Bessent ilə birgə hazırlanıb. Rubio bildirib ki, tədbirlərin müzakirəsi ötən axşam keçirilib və martın 2-si səhər saatlarında davam edib.
Dövlət Departamentinin rəhbəri qeyd edib ki, bazarlar İran ətrafındakı hadisələrə reaksiya verir. O bildirib ki, Tehran hərbi-dəniz qüvvələrinin imkanları hesabına qlobal enerji daşıyıcılarının təxminən 20%-nə təsir göstərə bilər.
“Onların hərbi-dəniz qüvvələrini məhv edəcəyik”, — deyə Rubio gəmiçilik və neft tədarükü ilə bağlı riskləri şərh edərkən bildirib.
Bununla belə, o, qiymətlərin sabitləşdirilməsi proqramının detalları barədə məlumat verməyib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026