Azərbaycan nefti bahalaşıb

10:10 - 17.02.2026


17 fevral, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti  bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,79 ABŞ dollar və ya 1,14% artaraq 70,36 ABŞ dollarına bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.