Niderlandda təbii qazın qiyməti 7% ucuzlaşıb

12:23 - 9.02.2026


9 fevral, Fineko/abc.az. Niderland qaz habında təbii qazın (TTF) qiyməti bazar ertəsinə 7% ucuzlaşma ilə start verib.

ABC.AZ xəbər verir ki, hər 1000 kub-metr təbii qazın qiyməti 400 dollardan aşağı düşməklə 6 günlük minimuma düşüb.

Qeyd edək ki, yanvarın sonunda təbii qaz həm Amerikada, həm də Avropada soyuq havalar səbəbi ilə kəskin dəyər qazanmışdı. Avropada hər 1000 kub-metr təbii qazın qiyməti 530 dollara qədər bahalaşmışdı.