Neft bahalaşır, Brent bir barrel üçün $67,92 təşkil edir

09:17 - 6.02.2026


6 fevral, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti ötəngünkü enişdən sonra artır.

Saat 09:13-ə olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin aprel fyuçersi $0,37 (0,55%) bahalaşaraq bir barrel üçün $67,92 təşkil edib. 5 fevral hərraclarının nəticələrinə görə, "Brent"in aprel fyuçersləri $1,91 (2,75%) ucuzlaşaraq bir barrel üçün $67,55-ə düşüb.

"NYMEX" əmtəə birjasında "WTI" markalı neftin mart fyuçersinin qiyməti saat 09:13-ə qədər $0,38 (0,60%) artaraq bir barrel üçün $63,67-yə çatıb. 5 fevral hərraclarının nəticələrinə görə, "WTI"nin mart müqaviləsi $1,85 (2,84%) ucuzlaşaraq bir barrel üçün $63,29 təşkil edib.

Bu həftə ərzində "Brent" markalı neft 2,02%, "WTI" nefti isə 2,36% ucuzlaşıb.