Equinor ən iri yataq olan Johan Sverdrup-da hasilatın 10-20% azalacağını proqnozlaşdırır

16:07 - 5.02.2026


5 fevral, Fineko/abc.az. Equinor 2026-cı ildə Norveçdəki əsas Johan Sverdrup yatağında hasilatın 10%-dən çox azalacağını gözləyir.

ABC.AZ-ın verdiyi məlumata görə, bunu şirkətin baş direktoru Anders Opedal bildirib. 2025-ci ildə yataqdan gündəlik orta ixrac 712 min barrel olub. Proqnoz analitiklərin gözləntilərini üstələyir və göstərir ki, yaxın illərdə dünya neft bazarında tələbatı qarşılamaq çətinləşə bilər. Şirkət yeni quyular və digər metodlarla hasilatı optimallaşdırmağı planlaşdırır.