Neft ucuzlaşır, Brent bir barel üçün $67,91 təşkil edir

09:36 - 5.02.2026


5 fevral, Fineko/abc.az. Ötən gün müşahidə olunan güclü artımdan sonra, cümə axşamı keçirilən hərraclarda etalon markaların qiymətləri aşağı düşür.

Saat 09:31-ə olan məlumata görə, ICE Futures birjasında Brent markalı neftin aprel fyuçersi $1,55 (2,23%) ucuzlaşaraq bir barel üçün $67,91 təşkil edib. 4 fevral tarixində keçirilən hərracların yekununda aprel fyuçersi $2,13 (3,16%) bahalaşaraq $69,46 səviyyəsinə yüksəlmişdi.

NYMEX əmtəə birjasında WTI markalı neftin mart fyuçersinin qiyməti saat 09:31-də $1,46 (2,24%) azalaraq bir barel üçün $63,68-ə düşüb. 4 fevral tarixinə olan hərracların nəticələrinə görə, WTI-nin mart müqaviləsinin qiyməti $1,93 (3,05%) artaraq $65,14 təşkil etmişdi.