11:38 - 4.02.2026
4 fevral, Fineko/abc.az. ABŞ-ın Maliyyə Nazirliyi Venesuelaya Amerika mənşəli neft durulaşdırıcılarının ixracı və tədarükü ilə bağlı əməliyyatlara, o cümlədən dövlətə məxsus PDVSA şirkəti ilə sövdələşmələrə icazə verən lisenziya təqdim edib.
ABC.AZ xəbər verir ki, Venesuela hakimiyyət orqanları tərəfindən ödənişlərin həyata keçirilməsinə icazə verilir, lakin bütün əməliyyatlar ABŞ qanunvericiliyinə uyğun olmalı və ABŞ yurisdiksiyası çərçivəsində nəzərdən keçirilməlidir.
Lisenziya İran, KXDR və Kubaya şamil edilmir, kriptovalyutalarda və qızıl vasitəsilə hesablaşmaları, habelə kommersiya baxımından əsaslandırılmamış ödəniş sxemlərini və sanksiya altında olan gəmilərlə bağlı əməliyyatları qadağan edir. Təchizatçılar Vaşinqtona mütəmadi olaraq hesabat təqdim etməlidirlər. Sanksiyaların yumşaldılması Rusiya, İran, Çin, KXDR və Kuba ilə əlaqəli şəxslərə aid edilmir.
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026