Neft bahalaşır, Brent bir barel üçün $67,86 təşkil edir

09:13 - 4.02.2026


4 fevral, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markalı neftin qiyməti artmaqdadır.

Saat 09:10-a olan məlumata görə, "ICE Futures" birjasında "Brent" markalı neftin aprel fyuçersi $0,53 (0,79%) bahalaşaraq bir barel üçün $67,86 təşkil edib. Fevralın 3-də keçirilən hərracların yekununda "Brent"in aprel fyuçersi $1,03 (1,55%) artaraq bir barel üçün $67,33-a çatıb.

"NYMEX" əmtəə birjasında "WTI" markalı neftin mart fyuçersinin qiyməti saat 09:10-a qədər $0,65 (1,03%) yüksələrək bir barel üçün $63,86 olub. 3 fevral hərraclarının nəticələrinə görə, "WTI" markalı neftin mart müqaviləsi $1,07 (1,72%) bahalaşaraq bir barel üçün $63,21 təşkil edib.