14:56 - 2.02.2026
2 fevral, Fineko/abc.az. Venesuelanın icraçı prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Delsi Rodriqes ölkənin tarixində ilk dəfə mayeləşdirilmiş təbii qazın ixrac olunduğunu bildirib.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Chrysopigi Lady adlı gəmi xarici alıcıya yola düşüb. Bundan əvvəl qaz yalnız daxili bazara təchiz olunurdu. Yanvarda parlament tərəfindən qəbul edilmiş yeni qanun neft-qaz sektorunu xarici şəxsi investorlar üçün açıb, əvvəlki sərt dövlət nəzarəti modelini ləğv edib. Eyni zamanda ABŞ sanksiyaları yumşaldaraq amerikalı şirkətlərə Venesuela nefti ilə işləmək üçün lisenziyalar verib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026