Neft qiymətlərinin enməsi fonunda Chevron-un 2025-ci ildə mənfəəti azalıb

16:32 - 30.01.2026


30 yanvar, Fineko/abc.az. Chevron şirkətinin 2025-ci ilin dördüncü rübü və ümumilikdə il üzrə maliyyə nəticələri neft qiymətlərinin və gəlirlərin azalması fonunda təzyiq altında qalıb.

ABC.AZ xəbər verir ki, 4-cü rübdə şirkətin xalis mənfəəti illik ifadədə 15,6% azalaraq 2,8 mlrd dollar, gəlirləri isə 10,8% azalaraq 46,9 mlrd dollar təşkil edib.

İlin yekunlarına görə, Chevron-un gəlirləri 7% azalaraq 189 mlrd dollara, xalis mənfəəti isə 34,8% azalaraq 12,5 mlrd dollara düşüb. Bununla yanaşı, şirkət Hess-in inteqrasiyası və iri layihələrin işə salınması hesabına rekord hasilat həcmlərinə və sərbəst pul axınının artımına nail olduğunu bildirib. Bazar hesabatı təmkinli qarşılayıb: şirkətin səhmləri premarket ticarətində 0,34% ucuzlaşıb.