11:43 - 30.01.2026
30 yanvar, Fineko/abc.az. Vaşinqton Kubaya neft tədarük edən ölkələrdən idxal olunan mallara rüsumlar tətbiq edə bilər.
ABC.AZ xəbər verir ki, bununla bağlı müvafiq fərmanı ABŞ prezidenti Donald Tramp imzalayıb.
Ağ Evin rəsmi saytında dərc olunan sənədə əsasən, ABŞ Kubaya birbaşa və ya dolayı yolla neft satan və ya tədarük edən dövlətlərdən idxal olunan məhsullara əlavə advalor (malın dəyərinə proporsional) gömrük rüsumları tətbiq etmək hüququna malikdir. Bu rüsumların konkret məbləğləri hələlik müəyyən edilməyib.
Fərmanda bu addımın əsaslarından biri kimi Kubanın Rusiya ilə əməkdaşlığı da qeyd olunur.
22 Sentyabr 2026
22 Sentyabr 2026
22 Sentyabr 2026
21 Sentyabr 2026
21 Sentyabr 2026