17:03 - 29.01.2026
29 yanvar, Fineko/abc.az. İlin əvvəlindən Kubaya neft tədarükü cəmi 84,9 min barel (gündə təxminən 3 min barel) təşkil edib ki, bu da 2025-ci ildəki gündəlik orta 37 min barellik göstərici ilə müqayisədə kəskin azdır. Ölkədə neft ehtiyatları təxminən 460 min barel səviyyəsindədir (Kpler).
ABC.AZ xəbər verir ki, KİV-lər ABŞ-ın Kubaya qarşı təzyiqləri gücləndirməyi, o cümlədən neft blokadasını nəzərdən keçirdiyini bildirir. Venesuela və Meksika Kubaya neft tədarükünü dayandırıb, bu da həmin ölkələrin hakimiyyət orqanları tərəfindən dolayı yolla təsdiqlənib.
FT yazır ki, tədarükün daha da azalacağı təqdirdə Kubada elektrik enerjisinin verilişinə sərt məhdudlaşdırma tətbiq oluna bilər. Hazırda ölkədə artıq mütəmadi elektrik kəsintiləri müşahidə olunur. Nəşr həmçinin Rusiyadan və Əlcəzairdən Kubaya neft tədarükünün son dərəcə qeyri-müntəzəm olduğunu qeyd edir: Rusiyadan son tədarük 2025-ci ilin oktyabrında, Əlcəzairdən isə təxminən bir il əvvəl həyata keçirilib.
8 Avqust 2026
8 Avqust 2026