Azərbaycanda 400-500 min civarında sənədsiz tikili var - Nigar Alimova

12:07 - 29.01.2026


29 yanvar, Fineko/abc.az. Azərbaycanda təqribən 400-500 min civarında sənədsiz və ya sənədləşdirilməsi mümkün olmayan tikililər var.

Bunu "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında ABC.AZ-ın sualını cavablandırarkən deyib.

O qeyd edib ki, sözügedən tikililərin statistikasını tam verə bilməməyimiz üçün sözsüz ki, geniş miqyaslı inventarlaşdırma işləri həyata keçirilməlidir.

Müəllif: Elmir Muradov