Azərbaycan nefti bahalaşıb

10:12 - 28.01.2026


28 yanvar, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti  bahalaşıb.

ABC.AZ-ın məlumatına görə,  "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,45 ABŞ dolları və ya 2,14 % artaraq 69,31 ABŞ dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.