14:19 - 26.01.2026
26 yanvar, Fineko/abc.az. Avropa İttifaqı Şurası 1 yanvar 2027-ci ildən Avropa İttifaqına Rusiya LNG-nin tam tədarükünü, 30 sentyabr 2027-ci ildən isə boru kəməri qazının tədarükünü qadağan etməyi təsdiqləyib.
ABC.AZ xəbər verir ki, mövcud müqavilələr üçün keçid dövrü nəzərdə tutulub. Belə mərhələli yanaşma qiymətlərə və bazarlara təsiri məhdudlaşdırmağa imkan verəcək.
LNG-nin tam idxal qadağası 2027-ci ilin əvvəlindən, boru kəməri qazının idxalı isə 2027-ci ilin payızından qüvvəyə minəcək. Avropa İttifaqına qazın idxalına icazə verilməzdən əvvəl, Aİ ölkələri qazın hasil olunduğu ölkəni yoxlayır.
Yeni qaydaların pozulması fiziki şəxslər üçün ən azı 2,5 milyon avro, şirkətlər üçün isə ən azı 40 milyon avro, ya da şirkətin bütün dünya üzrə illik ümumi dövriyyəsinin ən azı 3,5%-i və ya əməliyyatların nəzərdə tutulan dövriyyəsinin 300%-i həcmində maksimum cərimələrə səbəb ola bilər.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026