16:52 - 15.01.2026
15 yanvar, Fineko/abc.az. Saudi Aramco ABŞ-ın Commonwealth LNG şirkəti ilə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü üzrə uzunmüddətli saziş imzalayıb. Müqaviləyə əsasən, illik tədarük həcmi 1 milyon ton təşkil edəcək və bu göstəricinin 2 milyon tona qədər artırılması imkanı nəzərdə tutulur.
ABC.AZ xəbər verir ki, bu razılaşma Aramco-nun qlobal LNG bazarındakı mövqelərini, xüsusilə də güclərin artacağı gözlənilən ABŞ-da möhkəmləndirir.
Commonwealth LNG Luiziana ştatında zavod inşa edir və qaz Eagle Ford şist yataqlarından tədarük olunacaq. Şirkət obyektin tikintisinə başlamazdan əvvəl illik 8 milyon ton LNG satışına nail olmağı hədəfləyir, Aramco isə istehsal güclərini ildə 20 milyon tona çatdırmağı planlaşdırır.