İtaliya Orta Dəhliz üçün Avropanın logistik mərkəzə çevrilə bilər - Nazir

11:19 - 13.01.2026


13 yanvar, Fineko/abc.az. İtaliya Orta Dəhliz layihəsi ilə bağlı Avropa üçün logistik mərkəzə çevrilə bilər.

ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında bildirib.

"İtaliya ilə hərbi-texniki sahələr daxil olmaqla müxtəlif sahələrdə əlaqələrimiz inkişaf edir. Üstəlik, İtaliya azad edilmiş ərazilərdə layihələrə cəlb olunan ilk ölkələrdən biridir", -nazir bildirib. ©Report