14:17 - 9.01.2026
9 yanvar, Fineko/abc.az. Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən ABC.AZ-a verilən məlumata görə, bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.
Qaz təchizatı işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.