14:15 - 8.01.2026
8 yanvar, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “TotalEnergies” şirkəti arasında “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.
ABC.AZ xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib. Bildirilib ki, bu müzakirə SOCAR-ın prezidenti Rövşən Nəcəfin “TotalEnergies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşündə aparılıb.
Görüşdə iki şirkətin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti müzakirə olunub. O cümlədən tərəflər enerji sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026