Azərbaycan nefti ucuzlaşıb

10:13 - 8.01.2026


8 yanvar, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

ABC.AZ-ın məlumatına görə,  "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,13 ABŞ dolları və ya 1,72 % azalaraq 64,6 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.