Saudi Aramco neft qiymətlərini ardıcıl üçüncü dəfə azaldır

17:14 - 7.01.2026


7 yanvar, Fineko/abc.az. Saudi Aramco fevral ayında ardıcıl üçüncü dəfə bütün regionlar üzrə alıcılar üçün neft qiymətlərini bazarda davam edən təklif artıqlığı səbəbindən azaldacaq.

ABC.AZ xəbər verir ki, Asiya üçün əsas marka olan Arab Light nefti barrel başına 0,3 dollar ucuzlaşacaq. Oxşar qiymət azalmaları Asiya, ABŞ və Avropa bazarları üçün nəzərdə tutulan digər sortlara da şamil ediləcək. Qərar bazar gözləntilərinə uyğundur və OPEC+-ın hasilatın məhdudlaşdırılması planlarının saxlanılması, ötən il qlobal neft qiymətlərinin azalması və 2026-cı il üçün proqnozlaşdırılan təklif artıqlığı fonunda qəbul edilib.