Azərbaycan nefti bahalaşıb

10:51 - 6.01.2026


6 yanvar, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,68 dollar və ya 2,62 faiz artaraq 65,8 dollar olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.