Rusiya neftinin Hindistana idxalı iyun enişindən sonra maksimuma çatıb

12:26 - 5.01.2026


5 yanvar, Fineko/abc.az. 2025-ci ilin noyabr ayında Rusiyadan Hindistana xam neft tədarükü 7,7 milyon tonna qədər artaraq iyun ayındakı enişdən sonra maksimum göstəriciyə çatıb.

ABC.AZ xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, noyabr ayında Rusiya neftinin Hindistana idxalı 35,1% təşkil edib və 2024-cü illə müqayisədə 7% artıb. Bu göstərici may ayından sonra maksimumdur; həmin ay Hindistan Rusiyadan 9 milyon ton xam neft almış, iyun ayında isə idxal 7 milyon tona düşmüşdü.

Həmçinin qəzet qeyd edir ki, noyabr ayında ABŞ-dan neft idxalı yeddi aylıq maksimuma çataraq 2,8 milyon ton və ya idxal olunan neftin ümumi həcminin 12,6%-ni təşkil edib.

ABŞ tarif siyasətindən istifadə edərək Hindistana təzyiq göstərir ki, Rusiya neftini almaqdan imtina etsin. Hindistan hakimiyyəti isə bir tərəfdən ABŞ-a tərəf getmək, digər tərəfdən Rusiyadan ölkəyə sərfəli ucuz xammal tədarükünü qorumaq üçün incə bir tarazlığa tab gətirməyə çalışır.