15:53 - 30.12.2025
30 dekabr, Fineko/abc.az. Ölkəyə idxal olunan reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növləri gələn ilin sonuna qədər (daha 1 il) 15 %-lik gömrük rüsumundan azad edilib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Bundan başqa, Nazirlər Kabineti 19 yanvar 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.
Baş nazirin imzaladığı qərara əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növlərinin 1 tonu üçün aksiz vergisinin 80 manatdan 1 manata endirilməsi müddəti gələn ilin sonuna qədər (daha 1 il) uzadılıb.
5 Avqust 2026
5 Avqust 2026