11:58 - 30.12.2025
30 dekabr, Fineko/abc.az. 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) 16.4 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidməti ixrac edib.
ABC.AZ xəbər verir ki, bu barədə "İxrac icmalı"nın dekabr sayında dərc edilib.
Qeyd edilib ki, yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir.
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 16,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib.
2025-ci ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4.2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları ilə İsveç, 772 min ABŞ dolları ilə Türkiyə, 759,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.