Hindistan Reliance və BP-dən qaz hasilatının azalmasına görə 30 mlrd ABŞ dolları tələb edir

11:18 - 30.12.2025


30 dekabr, Fineko/abc.az. Hindistan hökuməti Reliance Industries və BP-dən Bənqal körfəzindəki D6 blokunun D1 və D3 dərin dəniz yataqlarında qaz hasilatının kəskin azalması ilə bağlı 30 mlrd ABŞ dolları tələb edib.

ABC.AZ xəbər verir ki, 2016-cı ildə başlayan layihələr istehsalat problemləri və xərclərin ödənilməsi ilə bağlı mübahisələrlə üzləşib.

Əvvəlcə ehtiyatların həcmi 10,3 trln kub fut qiymətləndirilmişdi, sonradan isə 3,1 trln-ə endirilib.

Arbitraj işinə 2026-cı ilin birinci yarısında baxılacaq.