"Bahar" yatağı üzrə paylar qismən investorlara ötürüləcək

14:14 - 26.12.2025


26 dekabr, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" yatağı üzrə payların qismən (60-70 %) investorlara ötürülməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən strateji yol xəritəsi hazırlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Bahar Energy Operating Company Limited"dən bildirilib.

Məlumata görə, yol xəritəsi çərçivəsində 2026-cı ilin birinci rübündə investorların cəlb olunması istiqamətində işlər davam etdiriləcək.

Xatırladaq ki, "Bahar" və "Qum-Dəniz" yataqlarının idarəçiliyi üzrə pay bölgüsündə dəyişiklik edilib və 15 avqust 2025-ci il tarixindən etibarən BEOC-da payların 100 %-i Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən alınıb. Bununla da layihə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) əsasında SOCAR-ın idarəçiliyinə keçib.