09:15 - 22.12.2025
22 dekabr, Fineko/abc.az. Etalon markaların qiymətləri keçən həftə azaldıqdan sonra bazar ertəsi hərracda yüksəlir.
Saat 09:13-ə olan məlumata görə ICE Futures birjasında Brent neftinin fevral fyuçerslərinin qiyməti $0,50 (0,83%) artaraq bir barel üçün $60,97-a yüksəldi. Dekabrın 19-da keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,65 (1,09%) artaraq bir barel üçün $60,47-a çatıb.
NYMEX əmtəə birjasının ticarətində WTI neftinin fevral fyuçersləri saat 09:13-ə olan məlumata əsasən $0,49 (0,87%) artaraq bir barel üçün $57,01-a yüksəldi. Dekabrın 19-da keçirilən hərracların nəticələrinə görə, WTI neftinin fevral fyuçersləri $0,52 (0,93%) artaraq bir barel üçün $56,52-a yüksəldi.
Ötən həftənin yekunlarına görə, Brent nefti 1,06%, WTI isə 1,26% ucuzlaşıb.
8 Avqust 2026
8 Avqust 2026