Neft bahalaşır, Brentin bir bareli $60,07 təşkil edir

09:20 - 18.12.2025


18 dekabr, Fineko/abc.az. Etalon markaların qiyməti cümə axşamı hərracda artır.

Saat 09:17-ə olan məlumata görə ICE Futures birjasında Brent neftinin fevral fyuçersləri $0,39 (0,65%) artaraq bir barel üçün $60,07-a yüksəlib. Dekabrın 17-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,76 (1,29%) artaraq bir barel üçün $59,68-a çatıb.

NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçersləri saat 09:17-ə olan məlumata görə $0,40 (0,72%) artaraq bir barel üçün $56,34-a yüksəlib. Dekabrın 17-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,67 (1,21%) artaraq bir barel üçün 55,94-a çatıb.