Azərbaycan Afrikadan qoyun idxalına başlayıb

11:08 - 15.12.2025


15 dekabr, Fineko/abc.az. Azərbaycan son bir ildə yerli təsərrüfatlarda qoyunların sayındakı azalma tendensiyası fonunda xaricdən onların idxalı sürətlənib. İdxal coğrafiyasına Monqolustanla paralel Somali də qoşulub.

ABC.AZ xəbər verir ki, 2025-cü ilin ilk 10 ayında ölkə dondurulmuş qoyun ətinin həcmi 291,16 tona yüksəlib və bunun dəyəri 1,94 milyon dollar təşkil edib.

Bu da illik müqayisədə 65 faiz artımdır. İdxalın əsas hissəsi – 244,66 ton və ya 979,55 min dollar ilə Monqolustanın payına düşüb.

Oktyabrdan etibarən idxalda Somalidən də 46,5 ton (960 min dollar) dondurulmuş qoyun əti gətirilib.

İdxalçı şirkətlər cari ilin ilk 9 aya qədər yalnız Monqolustandan 147,43 ton dondurulmuş qoyun əti gətirmişdilər və idxalın dəyəri 589,72 min dollar olub.

Azərbaycanda qoyun əti təchizatını daxili bazarla paralel idxalla qarşılayır və əsasən də diri şəkilində qonşu Gürcüstan və Rusiyadan alır. Car ilin ilk 10 ayında ümumilikdə 289 min baş diri qoyun gətirilib ki, keçən ilin eyni dövrünü 89 faiz üstələyir. Diri qoyunların idxalı ölkədən ümumilikdə 31,4 milyon dollarlıq valyuta çıxmasına səbəb olub.