12:28 - 5.12.2025
5 dekabr, Fineko/abc.az. Niderlandın “ING Group”un proqnozuna əsasən, 2025-ci ildə Azərbaycanın ÜDM artımı 1,6 faiz səviyyəsində olacaq.
ABC.AZ qrupa istinadən xəbər verir ki, 2026-cı ildə göstəricinin 2,8 faiz təşkil edəcəyi, 2027-ci ildə isə 2 faizə qədər azalacağı gözlənilir.
Azərbaycan ÜDM artımı üzrə 2026-cı ili əhatə edən rüblük proqnoz aşağıda təqdim olunub.
1-ci rüb - 4%,
2-ci rüb 2,5%,
3-cü rüb 3,5%,
4-cü rüb 1%.
ING 2025-ci ilin IV rübünün yekun nəticəsi üzrə 2,5 faizlik lik artım gözləyir.
“Ölkənin maliyyə mövqeyi əhəmiyyətli dövlət aktivləri və balanslaşdırılmış fiskal siyasət sayəsində sabit olaraq qalmaqdadır”, – ING-də qeyd edilib.
Qrupun ekspertləri həmçinin “Moody’s” agentliyi tərəfindən Azərbaycanın suveren reytinqinin investisiya səviyyəsi olan “Baa3”ə yüksəldilməsinin portfel investisiyaları üçün potensial olaraq müsbət amil olduğunu bildiriblər.
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026