09:19 - 1.12.2025
1 dekabr, Fineko/abc.az. Etalon markaların qiymətləri ötən həftənin sonunda artdıqdan sonra bazar ertəsi günü hərracda yüksəlir.
Saat 09:15-ə olan məlumata əsasən ICE Futures birjasında Brent markalı neftin fevral fyuçerslərinin qiyməti $1,07 (1,72%) artaraq bir barel üçün $63,45-a yüksəlib. Noyabrın 28-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin fevral fyuçersləri $0,49 (0,78%) azalaraq bir barel üçün $62,38-a enib.
Saat 09:15-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin yanvar fyuçerslərinin qiyməti $1,06 (1,81%) artaraq bir barel üçün $59,61-a çatıb. 28 noyabr ticarətinin nəticələrinə görə, WTI neftinin yanvar fyuçersləri $0,52 (0,88%) ucuzlaşaraq bir barel üçün $58,55-a düşüb.
Ötən həftə Brent markalı neft 0,71%, WTI nefti isə 0,84% bahalaşıb.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026