Rusiyada benzinin qiyməti oktyabr ayında 4,4% artıb

11:05 - 27.11.2025


27 noyabr, Fineko/abc.az. 2025-ci ilin oktyabrında Rusiyada benzinin satış qiymətlərində artım 4,4% təşkil edərək, aprel ayından bəri müşahidə olunan artım tendensiyasını davam etdirib.

ABC.AZ xəbər verir ki, sentyabrla müqayisədə artım 4,4% olub. Bu, 4,7 % artım göstərən avqust ayının göstəricilərindən bir qədər az və iyul ayının göstəricilərindən 13,8% azdır. Beləliklə, istehsalçıların yanacaq qiymətlərində davamlı artım aprel ayından başlayaraq ardıcıl yeddinci aydır davam edir. Bundan əvvəl, ötən ilin oktyabrından mart ayına qədər yarımillik azalma qeydə alınıb.

Xatırladaq ki, 2024-cü ilin sonunda Rusiya Federasiyasında benzin istehsalçılarının qiymətləri kəskin şəkildə (38,9%) artmışdır.