Azərbaycan nefti ucuzlaşıb

10:17 - 26.11.2025


26 noyabr, Fineko/abc.az.  Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

ABC.AZ-ın məlumatına görə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,24 dollar və ya 3,34 faiz azalaraq 64,8 dollar olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.