12:00 - 25.11.2025
25 noyabr, Fineko/abc.az. "Mərkəzi Azəri" platformasında region üzrə bp-nin ən uzun horizontal quyusunu qazırıq – 1.1 km horizontal hissə, innovativ qum filtri ilə.
ABC.AZ xəbər verir ki, bunu bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli bu gün Bakıda keçirilən SPE 2025 Xəzər Texniki Konfransında deyib.
Onun sözlərinə görə, sualtı boru kəmərlərinin yoxlanılması üçün yeni nəqliyyat vasitələri, robotlar, dronlar tətbiq edilir:
"Obyektlərin optimal işləməsi üçün rəqəmsal əkizlərdən istifadə edirik. Çünki yataqların istehsalı azaldıqca, üst qurğuda təzyiqi cəmi 1 bar (10 psi) artırmaq belə hasilata ciddi təsir edir. Bu isə xırdalığa qədər dəqiq optimallaşdırma tələb edir. Burada da rəqəmsal texnologiyalar əsas rol oynayır". ©Trend
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026