Nərimanovdakı partlayış "Azəriqaz"ın yeni çəkdiyi qaz xətti səbəbindən baş verib?

16:39 - 24.11.2025


24 noyabr, Fineko/abc.az. Bakıda səhər saatlarında Ə.Rəcəbli küçəsində yerləşən “AFEN Plaza” biznes mərkəzində partlayış qeydə alınıb.

ABC.AZ xəbər verir ki, TƏBİB-in yaydığı ilkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb. Hadisə yerinə dərhal prokurorluq əməkdaşları da cəlb edilib. İstintaq hərəkətləri aparılır.

Əraziyə axtarış briqadası və xüsusi təlim görmüş itlər cəlb edilib.

Hadisə səbəbindən plazanın qarşısında yerləşən yaşayış binasındakı ev və obyektlərdən biri ziyan görüb.

Belə ki, partlayışa görə evin pəncərələrinin şüşələri qırılıb. “AFEN Plaza”nın sahibi Əbülfət Əliyev jurnalistlərə deyib ki, hesab edirlər ki, hadisə qazsızmasından baş verib.

Amma bu binada qaz yoxdur. Plaza sahibi iddia edir ki, binanın qarşısına yeni salınan yolda çəkilən qaz xəttində zədələnmə olub. Bunun nəticəsində binaya yeraltı qaz sızıb.