16:00 - 21.11.2025
21 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycandan 22,25 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.
ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 6,6 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstana elektrik enerjisi ixrac edən ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.
Bu ilin ilk 10 ayında Gürcüstan xarici ölkələrdən 31,3 milyon ABŞ dolları dəyərində elektrik enerjisi alıb ki, bu da bir il əvvəlki göstəricidən 2,9 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstana Ermənistandan 5,6 milyon ABŞ dolları dəyərində və Rusiyadan 3,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edilib.
8 Avqust 2026
8 Avqust 2026