11:16 - 19.11.2025
19 noyabr, Fineko/abc.az. “Lukoil”un beynəlxalq aktivlərinin mümkün alıcıları arasında indi ABŞ-ın ExxonMobil və Chevron şirkətləri, həmçinin Abu Dabi Dövlət Neft Şirkəti ADNOC və Carlyle Group özəl investisiya fondu da var.
ABC.AZ xəbər verir ki, bütün iddiaçılar Rusiya Neft Şirkətinin beynəlxalq aktivlərinin tam paketini əldə etməyi düşünmürlər, bəziləri yalnız fərdi aktivlərlə maraqlanır.
Mənbələr ExxonMobil-in İraqın "Qərbi Kurna-2" yatağı ilə maraqlandığını və ADNOC-un bir neçə aktivlə, lakin ən çox Özbəkistandakı yataqlarla maraqlandığını deyirlər.
Lakin “Lukoyl” dekabrın 13-də sanksiya məhdudiyyətləri qüvvəyə minənədək vahid paketlə satışı həyata keçirməyi üstün tutur.
8 Avqust 2026
8 Avqust 2026