17:21 - 17.11.2025
17 noyabr, Fineko/abc.az. İraqın Baş naziri Məhəmməd əs-Sudani "LUKoyl" neft şirkətinin təsisçisi Vahid Ələkbərovla görüş keçirib.
ABC.AZ xəbər verir ki, bu barədə İraq Baş nazirinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, görüş "ABŞ Maliyyə Nazirliyi tərəfindən şirkətə qarşı sanksiyaların tətbiqi fonunda neft hasilatının sabit qalması üçün həll yolları və mexanizmlərin tapılmasına" həsr olunub. Əs-Sudaninin ofisində vurğulayıblar ki,İraq tərəfi "hasilatın dəyişməz səviyyəsini saxlanılmasında" və dünya neft bazarlarını sabitləşdirməkdə maraqlıdır.
ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-də "Rosneft"i, "Lukoyl"u və bu şirkətlərin 34 törəmə müəssisəsini ABŞ-ın yeni sanksiyalar paketinə daxil etmişdi. Ağ Evin mətbuat katibi Karolayn Livitt brifinqdə bildirib ki, Vaşinqton bu məhdudiyyətlərin Ukraynadakı münaqişə ilə əlaqədar Moskvaya ciddi təzyiq göstərəcəyinə ümid edir.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026