17:16 - 14.11.2025
14 noyabr, Fineko/abc.az. Rosatom (Rusiyanın atom enerjisi üzrə dövlət korporasiyası) və Hindistanın GTTCI Ticarət Palatası Hindistanın uran və qeyri-uran məhsulları bazarlarında "Texsnabeksport"un iştirakını inkişaf etdirməyə yönəlmiş niyyət memorandumu imzalayıblar.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Korporasiyasının mətbuat xidməti məlumat yayıb.
"İmzalanmış Memorandum tərəflərin Hindistanın uran və qeyri-uran məhsulları bazarlarında Texsnabeksport ASC-nin iştirakını inkişaf etdirməyə yönəlmiş qarşılıqlı fəaliyyət göstərmək niyyətlərini müəyyənləşdirir", - deyə sənəddə deyilir.
Dövlət korporasiyasından bildiriblər ki, istiqamətlərdən biri olaraq, enerji sənayesində istifadəsi üçün toriumun hasilatı və emalı sahəsində Hindistanlı tərəfdaşlarla əməkdaşlıq nəzərdən keçirilir.
3 Avqust 2026
4 Avqust 2026