15:18 - 5.11.2025
5 noyabr, Fineko/abc.az. Sumqayıt şəhərində 800 abonentin qazı müvəqqəti kəsiləcək.
ABC.AZ xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.
Qeyd olunub ki, Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində yerləşən 89 mm-lik qaz xəttində baş verən sızmanın aradan aldırılması məqsədilə noyabrın 5-də saat 11:30-dan etibarən 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qaz təchizatı sızma tam aradan qaldırıldıqdan sonra bərpa ediləcək.
8 Avqust 2026
8 Avqust 2026