12:12 - 5.11.2025
5 noyabr, Fineko/abc.az. Rusiya və Türkiyə dekabrın 31-də mövcud sazişlər bitdikdən sonra Rusiyadan qaz tədarükü üçün iki ən iri müqavilənin uzadılması şərtlərini müzakirə edirlər.
ABC.AZ xəbər verir ki, məlumata görə, tərəflər Türkiyənin “Botaş” Dövlət Şirkəti üçün "Qazprom"un tədarük həcmini ildə təxminən 22 milyard kubmetr səviyyəsində saxlamaq niyyətindədirlər.
Mövcud müqavilələr üzrə ümumi illik həcm 21,75 milyard kubmetrə qədərdir. Türkiyə Çindən sonra Rusiyanın boru kəməri qazının ikinci ən iri alıcısı olaraq qalır ki, bu da Avropa bazarının itirilməsi fonunda "Qazprom"un maliyyə göstəricilərini dəstəkləyir.
Türkiyənin EMRA enerji tənzimləyicisinin məlumatına görə, 2024-cü ildə "Qazprom" Türkiyəyə 21,6 milyard kubmetr qaz ixrac edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026