15:37 - 30.10.2025
30 oktyabr, Fineko/abc.az. Dünya Bankı (DB) 2025-2026-cı illər üzrə “Brent” etalon markalı neftinin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.
ABC.AZ bankın oktyabr ayı üzrə proqnozuna istinadən xəbər verir ki, proqnoza əsasən, “Brent” neftinin orta qiyməti 2025-ci ildə 68 ABŞ dolları (öncəki proqnoz göstəricidən 4 dollar çoxdur), 2026-cı ildə isə 60 dollar (proqnoz dəyişməyib) səviyyəsində olacaq.
Bununla yanaşı, Dünya bankı “Brent” neftinin qiyməti üzrə 2027-ci il üçün proqnozunu açıqlayıb. Belə ki, bank qeyd olunan göstəricinin 2027-ci ildə 65 dollar səviyyəsində qərarlaşacağını ehtimal edir.
DB-nin hesablamalarına görə, 2024-cü ildə “Brent”in orta qiyməti 80,7 dollar təşkil edib.
Beləliklə, 2025-ci ildə “Brent” nefti illik müqayisədə 15,7%, 2026-ıi ildə 11,8% ucuzlaşacaq, 2027-ci ildə isə 8,3% bahalaşacaq.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026