AMEA-da mənimsəmə halı ilə bağlı araşdırmalar başlayıb

12:30 - 29.10.2025


29 oktyabr, Fineko/abc.az. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.

ABC.AZ xəbər verir ki, araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi və daha öncəki rəbrərlərin (Ramiz Mehdiyev, Akif Əlizadə) fəaliyyət illərini əhatə edir.

Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir.

İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır.

Qeyd edək ki, indiyədək AMEA-da baş verən qanun pozuntuları ilə bağlı fərqli illərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müxtəlif cinayət işləri istintaq olunub.