14:30 - 28.10.2025
28 oktyabr, Fineko/abc.az. Artıq biz riskləri retrospektiv deyil, proqnozlaşdırıcı modellərlə dəyərləndiririk.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) sədri Vüsal Qasımlı "Türk Dövlətləri InsurTech Sammiti 2025"də çıxışı zamanı deyib.
"Bu, həm sığorta şirkətlərinin dayanıqlığını artırır, həm də müştərilərə daha dəqiq qiymət təklif etməyə imkan verir", - deyə o qeyd edib.
V. Qasımlı həmçinin bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) rəhbərliyi altında türk dünyasında iqtisadi və institusional inteqrasiya prosesi sürətlə gedir:
"Çox sevindirici haldır ki, artıq bu inteqrasiyanın tərkib hissəsi kimi biz sığorta elementini də görürük. Türk dövlətləri arasında InsurTech sahəsində əməkdaşlığın genişlənməsi ümumi rəqəmsal transformasiyanın bir hissəsidir. Bu, türk ölkələrinin iqtisadi münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşdırır", - İİTKM-nin sədri vurğulayıb.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026