Azərbaycan Türkiyəyə təbii qaz ixracını 6 faizə yaxın artırıb - Hesabat

15:46 - 27.10.2025


27 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 7 milyard 843,39 milyon kubmetr təbii qaz ixrac edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2024-cü ilin ilk 8 ayı ilə müqayisədə 5,6 % çoxdur.

Bu ilin avqust ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 47,27 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 1,4 dəfə çoxdur.

Bununla da avqustda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 20,89 %-i Azərbaycanın payına düşüb.